Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

TARİX

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 

Gəncənin gerbi

"İmamzadə" türbəsi

Nizami Gəncəvi

Cavad xan

Gəncə Darvazası

 

Şəhərin adının mənşəyi

 

«Gəncə» adının nədən başlanması, hansı anlamı bildirməsi haqda elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Araşdırıcılardan bir qrupu onun pəhləvi (parfiya) sözü olan «gəncə», yəni «xəzinə», bir qismi geniş, böyük mənasına gələn «gencə» ifadələri ilə, digərləri isə əsgi türk tayfaları hunlar və gəncəklərin adı ilə bağlı olması versiyalarını irəli sürürlər.

Gəncənin tarixi və etnoqrafiyası haqda geniş tədqiqatlar aparmış gənc alim, tarix elmləri namizədi, dünyadan vaxtsız köcmüş Fərrux Əhmədov özünün «Gəncənin tarix yaddaşı» (Bakı, «Şirvannəşr», 1998) əsərində qədim şəhərin adının türk mənşəli olduğunu əsaslandıraraq diqqətəlayiq bir mülahizə ilə çıxış edir: «… Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin – xanının (xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi. Və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər Gəncə yox, Qança (və ya Kançə) adlandırılmışdır (bax: İbn Xordadbek "Kniqa putey i stran" – kommentarii, issledovaniye, ukazateli i kartı Naili Velixanovoy, Baku, 1986, s. 78, 226). Bu sözün ilk komponenti "qan", "kan", "kaan", "xan" türk dillərində hakim, sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan – ca (-cə, -ça, -çə) tarixi Azərbaycanın ərazisində çox geniş yayılmaqla məkan, yer, yurd bildirir. Belə qənaətə gəlmək olar ki, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı", "xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı».

Bütün müəllif hüquqları qorunur 2006-2010 © "Gənc Liderlər" TTİİB | Dizayn: Babək Əsgərov