Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

ORDU

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


Ön cəbhədə bir gün

Bayram günləri ərəfəsində Milli Ordumuzun Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən milli ordumuzun mövqelərindən birində olduq. Dəniz səviyyəsində təxminən 1100 metr yüksəklikdə, erməni mövqelərindən cəmi bir neçə yüz metrliyində xidmət çəkən əsgərin adi bir günü ilə maraqlandıq.

Ön cəbhədə xidmət edən əsgərlərlə görüşə gəldiyimiz gün hava nisbətən mülayim və günəşli idi. Dağlıq zona olduğundan bu yerlərdə qış adətən sərt keçir. Lakin əsgər deyir ki, buradakı sərt iqlim şəraiti onların dözümlülüyünü daha da artırır. Cünki hər gün düşmənlə üz-üzə dayanmaq əsgərlərimizdən mərdlik və cəsurluq tələb edir. Elə buna görə də burda hər kəs öz işindədir.
Əsgəri Vüsal Eminov xüsusi lazer kəşfiyyat cihazı ilə erməni postlarını müşahidə və onların yerləşdiyi məsafəni qeyd etdiyini bizə izah etdi:
«Mən burda durub, müşahidə aparmaqla məşğulam, ümumi məsafələri qeyd edib topladığım məlumatları gərəgaha ötürürəm. Durduğumuz yer, erməni postlarına yaxın ərazi sayılır».
Bu mərd əsgərlərin arasında olanda özünü daha da ürəkli hiss etdiyindən təhlükənin necə yaxın olduğunu bir anlıq unudursan. Lakin burada süküt düşmən atəşilə tez-tez pozulur.
«Hər gün postda, ermənilərlə üz-üzə dayansaq da bu bizim üçün çətin deyil. Biz Azərbaycan ordusunda xidmət eləməklə fəxr edirik. Düşmən atəşkəsi pozsa da biz də cavab atəşi ilə onları susdururuq» - deyə əsgər Elvin Nazimov bildirdi.
Vətən keşikçilərimiz heç bir çətinlikdən şikayətlənmir və yüksək əhval-ruhiyyədə olduqlarını deyirlər. Yeni il bayramı ərəfəsində isə burada tamam başqa bir ab-hava höküm sürür. Artıq əsgərlərin bayramsayağı bəzədilmiş istirahət otaqlarında da yeni ilin gəlişini duymaq olurdu.
Mayor Xalid Məmmədov ön cəbhədə əsgərlərimizin gündəlik qayğılarından danışdı:

«Düzdür, burda xidmətin öz xüsusiyyətləri var, dağlıq ərazidir, soyuqdur, hər şeyə rəğmən xidmət başında sayaq dayanmaq gərəkdir, amma bütün bunlar bzim üçün çətinlik törətmir. Ona görə ki, istilik üçün bizdə sığınacaqlarımız var, əsgərlərimizin də əyni qalındır, onlara lazım olan qida sarıdan da çətinliyimiz yoxdur. Hazırda biz yüksək əhval-ruhiyyədəyik. Hər bir əsgər öz xidməti ilə fəxr edir».

Ön cəbhədəki əskərlərimiz bayramı da xidmət başında keçirəcəklər. Onlar hər an Vətənin keşiyində sayıq dayanırlar ki, bizlər bayram sevincini daha qayğısız yaşayaq.

Təhminə Tağızadə
 

Bütün müəllif hüquqları qorunur 2006-2007 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov