NATO ILƏ
ƏMƏKDAŞLIQ KONTEKSTINDƏ SILAHLI QÜVVƏLƏRDƏ ISLAHATLAR
Müdafiə
Nazirliyi ilə NATO arasında qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan fəaliyyət davam etdiriləcək
Azərbaycan -
NATO əlaqələrinin qısa tarixi:
- Azərbaycan "Sülh Naminə Tərəfdaşlıq" Proqramına 1994-cü il
mayın 4-də qoşulub.
- 1996-cı il - Azərbaycan Planlaşdırma və Analiz Prosesi
Proqramına (PAP) qoşulub.
- 1997-ci il - Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı
üzrə Dövlət Komissiyası yaradılıb.
"SÜLH NAMİNƏ
TƏRƏFDAŞLIQ" PROQRAMI
Proqramın əsas məqsədi Avroatlantik məkanda siyasi və hərbi
əməkdaşlığın genişləndirilməsi, sabitliyin bərqərar olunması,
beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müasir
təhlükələrin azaldılması, eləcə də Alyansın demokratik
prinsiplərinə sadiqlik ruhunda münasibətlərin
möhkəmləndirilməsidir.
Əsas mexanizmlər:
- FTP (Fərdi Tərəfdaşlıq Proqramı),
- PAP (Planlaşdırma və Analiz Prosesi),
- FTƏP (Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı).
FƏRDİ
TƏRƏFDAŞLIQ PROQRAMI
- SNT çərçivəsində həyata keçirilən əməkdaşlıq prosesinin
birinci səviyyəsidir.
- 2008-ci il üçün razılaşdırılmış FTP-nin Müdafiə Nazirliyinə
aid hissədə aşağıdakı sahələr üzrə 164 tədbir seçilib:
- müdafiə siyasəti və strategiyası,
- dil təlimi,
- hərbi təlimlər,
- hərbi təhsil, doktrina,
- maddi-texniki təminat,
- sülhməramlı qüvvələrin konsepsiyası, onların planlaşdırılması
və əməliyyat sahələri,
- komanda və nəzarət,
- beynəlxalq humanitar hüquq,
- müdafiənin planlaşdırılması, büdcə və ehtiyatların idarə
edilməsi.
NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində sülhməramlı və
humanitar xarakterli çoxmillətli təlimlərdə iştirak və təcrübə
mübadiləsi aparılır, sülhməramlı, humanitar və başqa
əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi
bölmələr (tibbi, mühəndis və təminat üzrə bölmələr) yaradılır,
çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan
Respublikasının ərazisində təlim bazaları hazırlanır və Silahlı
Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesi davam
edir.
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun çoxmillətli qərargah
strukturlarında xidmət edən zabitləri:
- NATO-nun Beynəlxalq Hərbi Qərargahında (Brüssel, Belçika
Krallığı),
- Birləşmiş Qüvvələr Komandanlıqlarında (İtaliya və Niderland
Krallığı) xidmət keçirlər.
NATO ilə inkişaf edən əməkdaşlığın nəticəsi olaraq, hazırda
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində aşağıdakı
strukturlar fəaliyyət göstərir:
- NATO ilə əməkdaşlıq məsələlərinə cavabdeh olan Beynəlxalq
Əməkdaşlıq və Avroatlantik İnteqrasiya İdarəsi,
- NATO-nun STANAQ-lar üzrə komissiyası,
- Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində SNT üzrə Təlim
Mərkəzi,
- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT
kafedrası.
2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları xaricdə keçirilən 62 kurs, 6 təlim, təlimlə bağlı
24 planlaşdırma konfransları, 15 seminar, 20 işçi görüşü və
digər tədbirlərdə iştirak etmiş, Azərbaycanda isə 11 mobil təlim
qrupu kursları, qərargah danışıqları, ekspert işçi görüşləri və
seminarlar keçirilib.
BEYNƏLXALQ
TƏHLÜKƏSİZLİK ƏMƏLİYYATLARI
Kosovo: 1999-2008 (mart) - 1 sülhməramlı tağım.
İraq: 2003-2008 (dekabr) - 1 sülhməramlı bölük.
Əfqanıstan: 2002 - 1 sülhməramlı tağım, 2008 - 1 sülhməramlı
bölük.
PLANLAŞDIRMA VƏ ANALİZ PROSESİ (PAP)
Azərbaycan Respublikası ümumilikdə 38 Tərəfdaşlıq Məqsədi (TM)
qəbul edib. Bunlardan 32-si (20 - ümumi, Quru Qoşunları - 7, HDQ
- 1, HHQ - 4) Silahlı Qüvvələrə aiddir.
Hazırda qəbul edilmiş TM-in bir hissəsi (ümumi - 7, Quru
Qoşunları - 4) yerinə yetirilmiş, digərləri isə qismən yerinə
yetirilmişdir.
Azərbaycan NATO-nun əməliyyatlarına töhfə vermək üçün aşağıda
adları göstərilən bölmələrin iştirakını bəyan edib:
- Sülhməramlı bölük,
- Tibb tağımı,
- Mühəndis-istehkam tağımı,
- Vertolyot qrupu (2 ədəd Mi-8).
2009-cu ilin aprel və may aylarında müvafiq olaraq Bakı və
Brüsseldə NATO-nun Beynəlxalq Qərargahı ilə 28+1 formatında
Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə görüşlər
keçirilib.
FƏRDİ
TƏRƏFDAŞLIQ ÜZRƏ ƏMƏLİYYAT PLANI (FTƏP)
FTƏP NATO ilə əməkdaşlığı daha da dərinləşdirmək üzrə siyasi
iradəsi olan dövlətlərə təklif olunur. Belə iradə nümayiş
etdirmiş Azərbaycan Respublikası NATO ilə siyasi dialoq
proqramını müəyyən edib.
Plan böyük spektr təşkil edən sahələrdə praktiki əməkdaşlığı
nəzərdə tutur ki, onun da bir hissəsi bilavasitə müdafiə və
təhlükəsizlik sektoruna aiddir.
FTƏP
2002-ci ildə keçirilmiş Praqa sammitində qəbul edilmiş və
Azərbaycan ona 2005-ci il mayın 27-də qoşulub. 2005-2007-ci
illəri əhatə edən FTƏP-in 1-ci mərhələsi yerinə yetirilib.
Müdafiə Nazirliyi bu planın 2008-2009-cu illəri əhatə edən
növbəti layihəsinə dair təkliflərini təqdim etmiş və planın
təkmilləşmiş versiyası 2008-ci il martın 7-də təsdiq edilib.
Əsas tədbirlər:
- müdafiə icmalı və müdafiə planlaşdırması,
- hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi,
- Silahlı Qüvvələrin strukturlarında NATO standartlarının
tətbiqi,
- Əməliyyat İmkanları Konsepsiyası (ƏİK), Mobil Tabor,
- Sülhməramlı Taborun inkişafının başa çatdırılması və Milli SNT
Mərkəzinin inkişaf etdirilməsi,
- Silahlı Qüvvələrdə şəxsi heyətin müasir və şəffaf idarə
olunması sisteminin inkişaf etdirilməsi,
- Hərbi Dəniz Qüvvələrinin imkanlarının yaxşılaşdırılması,
- Maddi-Texniki Təminat və sahib ölkənin yardımı.
MÜDAFİƏ
İCMALI VƏ MÜDAFİƏ PLANLAŞDIRMASI
- Milli Təhlükəsizlik Konsepsiyası,
- Hərbi Doktrina (parlamentə təqdim olunub),
- Strateji Müdafiə İcmalı Prosesinin yerinə yetirilməsi,
- "J" strukturlu qərargahda, o cümlədən gələcəkdə yaradılacaq
Strateji Planlaşdırma və Siyasi Hərbi İdarədə (J5) çalışmaq üçün
milli ekspertlərin hazırlanması, bu məqsədlə seminar və işçi
görüşlərində iştirakın davam etdirilməsi.
Məqsəd: Milli Təhlükəsizlik Siyasətinin və əlaqəli strateji
konseptual sənədlərin inkişaf etdirilməsi. Bu çərçivədə:
tədbir 1: Milli Təhlükəsizlik Konsepsiyası əsasında Hərbi
Doktrinanın inkişaf etdirilməsi,
tədbir 2: Strateji Müdafiə İcmalı Prosesinin aparılması.
ABŞ-ın Mülki-Hərbi Əlaqələr Mərkəzinin ekspertləri tərəfindən
Bakıda Strateji Müdafiə İcmalı mövzusunda ekspert işçi görüşləri
keçirilir.
HƏRBİ TƏLİM
VƏ TƏDRİSDƏ NATO STANDARTLARININ TƏTBİQİ
- 1997-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində,
- 2000-ci ildən etibarən Silahlı Qüvvələrin Hərbi
Akademiyasında,
- 2001-ci ildən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində,
- NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramında iştirak
(məqsəd - Silahlı Qüvvələrdə çavuş məktəbinin, kiçik zabitlər
üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və Silahlı
Qüvvələrin Hərbi Akademiyasının təhsil proqramına hərbi strateji
sənədlərin hazırlanması üzrə fənnin yeni modul kimi daxil
edilməsi),
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında Strateji Tədqiqatlar
və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursları.
SQ-nin
STRUKTURLARINDA NATO STANDARTLARININ TƏTBİQİ
- Müdafiə Nazirliyinin və Baş Qərargahın J/G strukturuna
keçidi ilə əlaqədar 2008-ci ilin noyabr ayında keçirilmiş
ekspert danışıqları.
- Çavuş hazırlığı məktəbinin və poliqonun NATO standartlarına
keçirilməsi prosesi davam edir. Tədrisin planlaşdırılması və
təşkili məqsədi ilə 2008-ci ilin mart ayından etibarən ABŞ-ın
Avropa Komandanlığının 2 təlimatçısı bu məktəbdə fəaliyyətə
başlayıb. Məktəbin müəllim heyəti ABŞ, Türkiyə, Almaniya və
Latviyanın müvafiq məktəblərinin təcrübəsinin öyrənilməsi
məqsədi ilə həmin ölkələrdə təlim keçiblər.
- ABŞ mütəxəssisləri tərəfindən atəş poliqonu təkmilləşdirilib.
Təlim və Tədris Mərkəzində və Çavuş Məktəbində lazer və kompüter
sistemli poliqon yaradılıb.
ƏMƏLİYYAT
İMKANLARI KONSEPSİYASI, MOBİL TABOR
NATO Komandanlığı altında aparılan əməliyyatlarda bilavasitə
iştirak etmək üçün Azərbaycan 2004-cü ilin mart ayından
"Əməliyyat İmkanları Konsepsiyası" proqramına qoşulub və Silahlı
Qüvvələrin bir piyada bölüyünü NATO əməliyyatları üçün Ortaq
Qüvvələr Birliyinə bəyan edib.
- Briqadalardan birinin bazasında yaradılmış Mobil taborun
tərkibinə SQ-nin "Əməliyyat İmkanları Konsepsiyası" bölüyü
daxildir.
- 2008-ci ildə bu bölüyün Əməliyyat İmkanları Konsepsiyası
çərçivəsində 1-ci səviyyəli özünüqiymətləndirməsi keçirilib
(ABŞ, Türkiyə və NATO ekspertlərinin iştirakı ilə 1-ci səviyyəli
NATO qiymətləndirməsi üzrə təlimlər uğurla keçirilib).
- 2-ci səviyyəli özünüqiymətləndirmə təliminə hazırlıq işləri
aparılır və hazırda bu bölüyün NATO standartları əsasında təlimi
davam etdirilir.
- ƏİK bölüyünün sərəncamındakı rabitə sistemlərinin
təkmilləşdirilməsi.
NAİLİYYƏTLƏR
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO
arasında 15 il ərzində uğurla keçirilmiş əməkdaşlıq fəaliyyəti
nəticəsində əldə olunan nailiyyətlər:
- Avroatlantik təhlükəsizlik strukturları ilə sıx əməkdaşlıq,
- NATO-nun üzv-dövlətləri ilə ikitərəfli əməkdaşlığın
genişləndirilməsi,
- Beynəlxalq sülh və təhlükəsizliyə töhfə,
- NATO Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində
SQ-nin müvafiq bölmələrinin əməliyyat uyarlığının artırılması,
- əməliyyat imkanlarının təkmilləşdirilməsi,
- NATO standartlarının SQ-də tətbiqi,
- Hərbi təhsil və təlim sistemlərinin təkmilləşdirilməsi,
- Strateji konseptual sənədlərin hazırlanması prosesinin
inkişafı,
- NATO ilə əməkdaşlıq sahələrində peşəkar təlim keçmiş hərbi
qulluqçuların hazırlanması imkanlarının genişləndirilməsi.
PERSPEKTİVLƏR
- "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində NATO və
ona üzv dövlətlərlə, habelə tərəfdaş ölkələrlə siyasi, iqtisadi,
mədəni, hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi ilə
Avropa strukturlarına inteqrasiyanın davam etdirilməsi,
- Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin yüksəldilməsi
məqsədilə müdafiə islahatlarının həyata keçirilməsi, Silahlı
Qüvvələrin NATO qüvvələri ilə birgə uzlaşma səviyyəsinin
artırılması və Avroatlantik məkana inteqrasiyanın
dərinləşdirilməsini təmin etmək üçün Müdafiə Nazirliyi ilə NATO
arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan fəaliyyətin
davam etdirilməsi.
Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avroatlantik
İnteqrasiya İdarəsinin Avroatlantik inteqrasiya şöbəsinin rəisi,
polkovnik Vidadi Əsgərov
Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna»
ve «Zerkalo» qazetlərində dərc olunan "Ordunun Aynası" ("Armeyskoe
Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə
yerləşdirilir.