|
|
|
|
|
|
||
|
Mehmanxanalar |
|
GƏNCƏ |
MEHMANXANALAR |
||||||||||||||||||||||||
|
«My Way» mehmanxanası
Qədim mədəniyyət abidəsi, böyük Nizaminin ana yurdu – Gəncə şəhəri sizə, yeni keyfiyyətdə mehmanxana və istirahət kompleksi «My Way» mehmanxanasını təqdim edir. «My Way» öz mükəmməl münasibəti, əvəzolunmaz xidməti və rahatlığı ilə seçilir. 24 saat restoran, bar, otaq xidməti ilə milli və avropa mətbəxi, pulsuz səhər qəlyanaltısı, mərkəzləşdirilmiş kondisioner sisteması, avropa və rusiya TV kanalları, paltarların yuyulub ütülənməsi, kimyəvi təmizlənməsi, taksi sifarişi və maşın kirayə edilməsi xidmətləri ilə «My Way» mehmanxanası həqiqətən öz işinin zirvəsindədir. «My Way» mehmanxanası təcrübəni, əla yerləşdirməni, şəxsi diqqəti qiymətləndirənlər üçün ideal bir oazisdir.
Yerləşdirmə Tək çarpayılı qonaq otaqları - 100 AZN Cüt çarpayılı qonaq otaqları - 120 AZN Kiçik dəb-dəbəli qonaq otağı - 180 AZN Standart dəb-dəbəli qonaq otaqları - 250 AZN Yüksək dəb-dəbəli qonaq otaqları - 280 AZN Qeyd: ailəvi qonaqlar və şirkət nümayəndələri üçün müxtəlif endirimlər (30%, 20% və 10%) hər zaman qüvvədədir.
Xidmətlər
Ünvan: Adil İsgəndərov 59, AZ 2000, Gəncə, Azərbaycan Tel: (+ 994 22) 59 10 19 (+ 994 22) 59 00 48 Fax: (+ 994 22) 59 09 00 www.myway-hotel.com contact@myway-hotel.com
Gəncə Mehmanxanası
1950-ci ildə tikilib, istifadəyə verilən «Gəncə Mehmanxana»sı artıq neçə illərdir ki, şəhərimizə gələn qonaqlara xidmət göstərir. Onların rahatlığı üçün hər bir şəraİti olan mehmanxananın 2-ci mərtəbəsində kafe də (ödənişli) fəaliyyət göstərir. Dörd mərtəbəli mehmanxana 70 otaqdan ibarətdir və qonaqlarına hər bir şəraiti olan 1, 2 və 3 otaqlı nömrələr təklif edir. 2 nəfərlik, bir otaq, kandisionersiz- 20 man 2 nəfərlik, bir otaq, kandisionerli- 30 man 1 nəfərlik, iki otaqlı, kandisionerli- 50 man 2 nəfərlik, iki otaqlı, kandisionerli-60 man 2 nəfərlik, üç otaqlı, kandisionerli- 200 man Qeyd: Qalma müddətindən asılı olmayaraq qiymətlər dəyişdirilmir. Ünvan: Ş. İ. Xətai 155, Azadlıq Meydanının qarşısı. Telefon: (022) 56-51-06
LYUKS mehmanxanası
Lyuks mehmanxanasında 20 manata olan nömrədə – 2 yataq, soyuducu, isti və soyuq su ilə daim təmin olunan sanitariya xətti, hamam, televizor, kondisioner. 30 manata olan 1 otaqlı nömrədə – 2 nəfərlik yataq və eləcədə ayrı-ayrı 2 yataq, kreslo, şkaf, divan, televizor, soyuducu, kondisioner, isti və soyuq suyu daimi olan hamam, sanitariya xətti. 50 manata olan 1 otaqlı nömrədə – avanqardlıq digərlərinə nisbətən daha yüksək keyfiyyətdədir. Otaq daha genişdir. İkinci mərtəbədə yerləşən otağın eyvanı da var. Otaqda çay və kofe hazırlamaq üçün imkan var. Bu otaqda da divan, kreslo, televizor, kondisioner, 2 yataq, soyuducu var. 100 manata olan nömrələr həm 1 otaqlı, həm də 2 otaqlıdır. Bu nömrədə qalanlara pulsuz səhər yeməyi də daxildir. Burada 2 cüt və 1 tək yataq, kreslo, divan, masaj və duş üçün geniş kavinə, kondisioner, soyuducu, televizor var. Mehmanxanada qalan sakinlər səhər saat 09:00-dan axşam 01:30 kimi burada fəaliyyət göstərən restoran xidmətindən də yararlana bilərlər. Ünvanı: Nəriman Nərimanov prospekti 242, Yevlax avtovağzalının yanı. Telefon: (022) 57-46-52: (022) 57-08-08: (050) 466-03-93: (050) 649-94-49: (055) 302-03-93
|
||||||||||||||||||||||||
|
Bütün müəllif hüquqları qorunur 2006-2010 © "Gənc Liderlər" TTİİB | Dizayn: Babək Əsgərov |
|||||||||||||||||||||||||