|
|
|
|
|
|
||
|
GƏNCƏ |
İSTİRAHƏT MƏRKƏZLƏRİ |
||||||||||||||||||||||||
|
Göy Göl
Göy Göl dövlət qoruğu bu ilin oktyabr ayında Milli Park statusu adını ala bilər. Bunu qoruğun direktoru Bilal Əliyev bildirdi. Qeyd edək ki,Göy Gölün Milli Park olması barədə söhbət artıq üç ildir gedir. Bilal Əliyevin sözlərinə görə buna Xanlar rayon köhnə icra başçısı müəyyən manelər yaradırdı. O, Milli Park üçün 5500 hektar torpaq sahəsi verəcəyini desə də buna əməl etməyib. Lakin, bu gün yeni icra hakimiyyətinin başçısı ilə birgə torpaqların hansı hissədən verilməsi muzakirə olunur. Həmçinin Murov dağı istiqamətində olan yaylaq əraziləri var ki, onlar da Milli parkın ərazisinə düşə bilər. Artıq rayon icra hakimiyyəti ölkə başçısının sərəncamına əsasən Ekologiya və Təbii sərvətlər Nazirliyinə və Milli Elmlər Akademiyasına rəy göndəriblər. Məlumat üçün bildirək ki, qanuna əsasən qoruq ərazisində insanların istirahət etməsi qadağandır. Muxtəlif vaxtlarda buna icazə verilib, bu isə Göy Gölün çirklənməsinə səbəb olur. Milli Park yaradılandan sonra əraziyə xüsüsi maşınlarla giriləcək və turistlər üçün gəzinti marşrutları hazırlanacaq. Artıq üç göl istiqamətində cığırlarla marşrutlar hazırlanıb. Onu da qeyd edək ki, Göy Göl qoruğu ərazisində 423 növ ağac, kol, dərman bitkiləri var. Buların 76 növü sırf ağac və koldur. Qalanlar isə çəmən bitkiləridir. Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq kimi heyvanlar var. Bundan başqa ağ baş kərkəz, dağ hinduşqası və tetra kimi nadir quşlar da mövcuddur. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göy Göl yaranmışdır.
Gəncə ətrafı zonalarda yerləşən göllər
Göy Göl ərazisindəki göllər: ümumilikdə 19 göl var. 7-si böyük göllər sırasına daxildir.
Xırda göllər – Çoban gölü, Ayı gölü, Bataqlıq gölü.
Bulaqlar – Çay kənarında Yeddi bulaq. Göy dağ bulağı. Novruz bulağı. Gişxanım bulağı. Dərzi qaya bulağı. Xatın bulağı. Cınqır dağının bulağı.
Turş su – Murov dağı istiqamətində, Göy Göl qoruğu ərazisində müalicəvi əhəmiyyətli bulaq.
İstirahət kəndləri
Toğana kəndi. Göy Göl ərazisində, göldən 1 km. 500 metr məsafədə yerləşir. Əzgilli kəndi, Çay kənd. Ərazisində olan nadir quşlar – ağbaş kərkəz, dağ hinduşqası (uar), tetra.
Xoşbulaq
Daşkəsən rayon mərkəzindən 17 kilometr aralıda yerləşən Xoşbulaq kəndi Gəncəbasarın ən səfalı guşələrindən biri hesab olunur. Kənddə təxminən 4800 sakin və 1000-ə yaxın yaşayış evi var. Buranın iqlimi əsasən sərin keçir. Əraziyə il ərzində təxminən 500 millimetr yağıntı düşür. Çəmən otlaqlardan ibarət sahələr aprelin əvvəllərindən oktyabrın ortalarınadək yaşıl olur. Bəzi ərazilərdə isə süni Şamlıq meşə zolağı salınıb. Əkinə yararlı torpaqlar tünd şabalıdı olduğundan burada əsasən kartof, alma, gavalı, göyəm, quşarmudu yetişdirilir. Kənddə əsasən arıçılıq, qoyunçuluq və maldarlıq inkişaf etdirilib. Buradan irili-xırdalı təxminən 50-yə yaxın bulaq (məs: Pört-pört, Qiblə, Qırx bulaq və sair) və Qaracəfər çayı axır. Bundan başqa öz genişliyi və göz oxşayan mənzərəsi ilə görənləri sehirləyən Zağalı gölü də var (50 metr eni, 110 metr uzun). Göl Xoşbulağın 3 kilometrliyində yerləşir. Bir sözlə gələrsiz görəsiz!
|
||||||||||||||||||||||||
|
Bütün müəllif hüquqları qorunur 2006-2010 © "Gənc Liderlər" TTİİB | Dizayn: Babək Əsgərov |
|||||||||||||||||||||||||