Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

28 | 11 | 2008 tarixə olan xəbər

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


Büdcədə hərbi xərclərin azaldılması birmənalı qarşılanmır

Yaşar Cəfərli: «Hərbi xərclərin azaldılması Azərbaycan tərəfinin də sülh danışıqlarına üstünlük verməsinin göstəricisi ola bilər»

2009-cu ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan xərclər əvvəlki illərə nisbətən azaldılıb. Ölkəmizin müharibə şəraitində olduğunu nəzərə alsaq, hərbi xərclərin azaldılmasının hansı amillərlə bağlı olması maraq doğurur. Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc ölkənin hərbi sahəyə münasibətini dəyişmədiyini vurğuladı:
«Hərbi quruculuq işləri bu gün ölkə rəhbərliyinin diqqət mərkəzində olan prioritet məsələlərdən biridir. Ötən dövr ərzində Azərbaycanın Silahlı Qüvvələri böyük inkişaf yolu keçib. Azərbaycan ordusu həm resurs, həm texnika, həm də mənəvi-psixoloji vəziyyət baxımdan xeyli güclənib. Hərbi sahəyə aid olan vəsaitin artırılması nəticəsində Sialhlı Qüvvələrin hərbi texnika ilə təminatı yüksək səviyyədə həllini tapıb. Gələn ilin büdcəsində orduya ayrılan xərclərin əvvəlki illərə nisbətən azaldılması orduya yönələn siyasətin dəyişilməsi kimi yozulmamalıdır. Artıq Azərbaycanın kifayət qədər hərbi potensialı var və onu ildən-ilə yeniləməyə o qədər də ehtiyac yoxdur. Bu mənada ötən dövr ərzində hərbi-texniki bazanın formalaşdırılması, müdafiə məsələlərinin həll edilməsi indi digər sahələrə diqqəti artırmağa imkan verir. Yəni artıq hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı , əhalinin digər təbəqələrinə diqqətin artırılması  günün tələbidir. Bununla yanaşı gələn il də ordu ilə bağlı kifayət qədər işlər görülücək. Büdcədə vəsaitin azaldılması hərbi sahənin diqqətdən kənarda qalması ilə nəticələnməyəcək. Bir sözlə, Azərbaycan ordusu bu illərdə olduğu kimi Cənubi Qafqazın ən güclü ordusu olaraq qalacaq».
Zahid Oruc hərbi xərclərin azaldılmasını Azərbaycanın hərb variantından imtinası kimi qələmə verməyin əleyhinədir:

«Ali Baş Komandanın siyasi xarakterli dövlətçilik təcrübəsinə, onun yürütdüyü siyasi kursun fəlsəfəsinə bələd olunan hər kəs gözəl bilir ki, o, Azərbaycanın milli maraqlarının qorunmasında çox güzəştsiz bir mövqe tutub. Prezidenti bu mövqeyindən danışdıracaq hər hansı bir təsirlərin olması qeyri-realdır. Prezident İlham Əliyev dəfələrlə öz mövqeyini açıq dilə gətirib və ölkənin hərbi siyasətini özü müəyyənləşdirir. Hər hansı təzyiq və təsirlərlə bu siyasətdən imtina mümkün deyil. Azərbaycanın bu istiqamətdəki siyasəti qarşıdakı dövrdə də davam edəcək».

Hərbi ekspert Yaşar Cəfərli isə dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsaitin azaldılmasını danışıqlar prosesinə daha çox üstünlük verməsi ilə əlaqələndirir:
«Azərbaycanın ötən illərdə hərbi xərclərin artırılması beynəlxalq təşkilatlar tərəfindən də mənfi reaksiya ilə qarşılandı. Bu mənada istisna deyil ki, Azərbaycan tərəfinə də hərbi xərclərin azaldılması barədə təsirlər göstərilsin. Amma son bir ildə danışıqlar prosesi daha da intensivləşib. Moskvada imzalanan son bəyannamə də göstərdi ki, torpaqların sülh yolu azad edilməsinə daha çox önəm verilir. Gələn ilin dövlət büdcəsindəki hərbi xərclərin azaldılması Azərbaycan tərəfinin də sülh danışıqlarına üstünlük verməsinin göstəricisi ola bilər. Bu həm də ona dəlalət edir ki, Azərbaycan problemin həlli üçün bu kimi güzəştlərə getməyə hazırdır».

Əfsun Sucayev
 

Bütün müəllif hüquqları qorunur 20062008 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov