 |
XALQ CUMHURİYYƏTİNİN
BİNASI
Bina 1897-ci ildə tikilmişdir. Şəhər
bələdiyyə idarəsinin binası olub. 1918-ci ildən
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk aylar burada
fəaliyyət göstərib. Hazırda bina Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının istifadəsindədir.
Ünvan: Atatürk prospekti 262.
|
| |
|
 |
ŞƏRƏFXANLI MƏSCİDİ
Bina Şərəfxanlı nəslindən olan Məşədi
Molla İbrahim tərəfindən 1915-ci ildə tikilmişdir.Bina
kümbəzlidir.
Bu binadan hazırda Nigah evi kimi
istifadə edilir.
Ünvan:Hacı Əli Hüseynzadə küçəsi.
|
| |
|
 |
ŞAHSEVƏNLƏR MƏSCİDİ
Məscid 1882-ci ildə tikilmişdir.
Binadan vaxtilə dövlət kitabxanası kimi istifadə edilib.
Hal-hazırda məscid kimi fəaliyyət göstərir.
Ünvan: Şahsevənlər küçəsi. |
| |
|
 |
MÜRSƏL OCAĞI TÜRBƏSİ
Əttarlar küçəsindəki köhnə
qəbirstanlıqda tikilmişdir. Sovet dövründə qəbirstanlığın
ərazisində şəhər Mərkəzi
bazarı salınmışdır. Türbə indi həmin bazarın
ərazisindədir. |
| |
|
 |
XAN BAĞI - SƏRDAR
BAĞI
Rəsmi sənədlərdə belə "Xan Bağı"
adlandırılsa da, əslində "Sərdar Bağı"dır.
Sərdar Bağı 1847-ci ildə carın
Qafqazdakı canişini ("sərdarı") knyaz M. S. Voronsovun təşəbbüsü
ilə salındığı üçün bu adı almışdır.
Gəncədə tarixən xanların istirahət guşəsi kimi mövcud olmuş Xan
Bağı rus işğalından sonra ləğv edilmiş, oradakı ağacların bir
qismi isə Sərdar Bağına köçürülmüşdür. Bağ hal-hazırda
gəncəlilərin əsas istirahət guşələrindəndir. |
| |
|
 |
ALMAN KİLSƏSİ
Kilsə XIX əsrdə tikilmişdir.
Tikintidə əsasən tuf daşından istifadə edilmişdir. 1915-ci ildə
almanlar Gəncə şəhərindən köçən zaman bina Pravoslav kilsəsinin
istifadəsinə verilmişdir. Binada indi Gəncə Dövlət Kukla Teatrı
fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi.
|
| |
|
| |
MİXAİLOV SƏNƏT
MƏKTƏBİNİN BİNASI
XIX əsrə aid tikilidir. Hazırda bu
tikilidən İnzibati bina kimi istifadə olunur.
Ünvan: Ozan küçəsi 6. |
| |
|
 |
SİNEMA BİNASI
XIX əsrin II yarısında tikilmişdir. Bina əvvəllər «modern sineması»
adlandırılmışdır.
Ünvan: Adil İsgəndərov küçəsi 60.
|
| |
|
 |
«VƏTƏN» KİNOTEATRININ
BİNASI
XIX əsrdə almanlar tərəfindən
tikilmişdir. Bina əvvəllər «Zaryadie» adı ilə
tanınmışdır.
Ünvan: Cavad xan küçəsi ilə Əttarlar
küçəsinin kəsişməsi. |
| |
|
 |
COMƏRD QƏSSAB TÜRBƏSİ
VII-VIII
əsrlərdə tikilmiş Comərd Qəssab türbəsi Gəncə çayının sağ
sahilində, Qədim Gəncə hasarının I km.-də, indiki dəmir yolunun
cənubunda yerləşirdi. Türbə XX əsrin 70-ci illərində
dağıdılmış, 2004-cü ildə ilkin görkəminə tam uyğun olaraq
yenidən inşa edilmişdir. Türbə səkkiz
guşəli formadadır. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış
məhlul ilə tikilmişdir. |
| |
|
 |
ALBAN MƏBƏDİ
VI-VII əsrlərdə tikilmiş və XVII
əsrdə bərpa olunmuşdur. Bina yeddi sütunludur. Hazırda burada
Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi.
|
| |
|
 |
YUSİFBƏYLİLƏR MÜLKÜ
Əsas materialı kərpicdən olan ev,
1877-ci ildə inşa edilmişdir. Evin tikilməsində Şərq və Qərb
memarlıq uslubuna üstünlük verilmişdir. Ev hazırda əvvəlki
görkəmini saxlayır.
Ünvan: Nəsib bəy Yusifbəyli küçəsi
21. |
| |
|
 |
DİVANXANA
Qəmbər və Hüseynbəy qardaşları
tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə
Səhmdar Kommersiya Bankı yerləşir.
Ünvan: Atatürk prospekti 260.
|
| |
|
 |
UĞURLU BƏY KARVANSARASI
XVIII əsrdə tikilmişdir.
Ünvan: Şeyx Bahəddin küçəsi 59.
|
| |
|
 |
REALNIY MƏKTƏB BİNASI
1883-cü ildə tikilmişdir. Hazırda
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi
istifadə olunur.
Ünvan: Adil İsgəndərov küçəsi 64.
|
| |
|
 |
ZİYADXANOVLAR MÜLKÜ
Bina XIX əsrdə tikilmişdir. Hazırda
burada Tarix-Diyarşünaslıq muzeyi yerləşir.
Ünvan: Atatürk prospekti 244.
|
| |
|
 |
AVROPA TİPLİ HAMAM
XIX əsrdə almanlar tərəfindən
tikilmişdir. Hazırda hamam kimi istifadə olunur.
Ünvan Adil İsgəndərov küçəsi 91.
|
| |
|
 |
KİŞİ GİMNAZİYASI
XIX əsrdə tikilmişdir. Hazırda bina
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının istifadəsindədir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi
60. |
| |
|
 |
QIZ GİMNAZİYASI
XIX əsrə aid tikilidir. Hazırda mülki idarədir.
Ünvan: Əziz Əliyev küçəsi ilə Mirzə
Abbas Abbaszadə küçəsinin kəsişməsi. |
| |
|
 |
BAĞBANLAR MƏSCİDİ
(MİRZƏ KƏRİM MƏSCİDİ)
Bina 1884-cü ildə Mirzə Hüseyn və
Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina
kümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və
Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir.
Ünvan: İ. Qayıbov və Ozan küçəsinin
kəsişməsi. |
| |
|
 |
RUS PRAVOSLAV KİLSƏSİ
Məbəd 1887-ci ildə tikilmişdir. Bina
hazırda kilsə kimi istifadə olunur.
Ünvan: Hacı Əli Hüseynzadə küçəsi 2.
|
| |
|
 |
QALA DİVARI
Qala divarı XVI əsrlərdə inşa olunub.
Divarın ümumi uzunluğu 3,6 km., hündürlüyü 8,5-9,6 m olub. Qala
XIX əsrin 80-ci illərinədək mövcud olub. Qalanın indiyədək
saxlanmış divarı Şərili bəy bürcünün qalığıdır. Bu qalada hərbi
qarnizon yerləşmişdir. Qala Divarı Gəncə Regional Elm Mərkəzinin
rəhbərliyinin təşəbbüsü ilə təmir olunub.
Ünvan: Xan bağı. |
| |
|
 |
GƏNCƏ QALASI, QALA DİVARLARI
VƏ GƏNCƏ QAPILARI
Qalanın inşası IX-X əsrlərə aiddir.
Gəncə çayının sağ sahilində tikilmişdir. Qala Qədim Gəncə
xarabalıqlarının ərazisindədir.
Məşhur Gəncə qapıları Əl-Fəzrin
oğlu Şəddadi Əbül Əsvar Şavirin zamanında onun tapşırığı ilə
dəmirçi Osman oğlu İbrahim tərəfindən 1063-cü ildə
hazırlanmışdır. 1139-cu ildə Gəncədə zəlzələ baş verərkən Gürcü
çarı Dmitri tərəfindən qapılar aparılmışdır. Hazırda qapının bir
tayı Kutaisidəki Helat monastrında saxlanılır. |
| |
|
 |
QAZAXLAR MƏSCİDİ
1880-ci ildə tikilmişdir. Bina
kümbəzlidir. Hazırda fəaliyyət göstərir.
Ünvan: Təbriz küçəsi 145. |
| |
|
 |
QIZIL HACILI MƏSCİDİ
Məscid 1877-ci ildə tikilmişdir. Bina
kümbəzlidir. Hazırda uşaq stamatoloji poliklinikası kimi
istifadə olunur.
Ünvan: Təbriz küçəsi 182. |
| |
|
 |
İMAMZADƏ TÜRBƏSİ
(GÖY İMAM)
Türbə VIII əsrdə tikilmişdir. Həmin
tarix türbədəki bir kitabənin üzərində də yazılmışdır. 1878-ci
ildə general İsrafil bəy Yadigarzadə tərəfindən təmir və bərpa
edilmişdir. Hazırda dini mərasimlər keçirilməsi üçün istifadə
olunur. İmamzadə türbəsi həmçinin müsəlmanların mötəbər və
müqəddəs bir ziyarətgah yeri kimi məşhurdur. |
| |
|
| |
HÜSEYNİYYƏ (TATLAR) MƏSCİDİ
Bina 1825-ci ildə Bəhman Mirzənin
qızı Səbiyyə xanımın himayədarlığı ilə tikilmişdir. Yerli əhali
vaxtı ilə İrandan gələnləri tat adlandırdığı üçün camaat
arasında bu bina Tatlar məscidi kimi tanınmışdır. Hazırda bu
binada Nizami-Puşkin kitabxanası yerləşir.
Ünvan: Hüseyn Cavid küçəsi 1.
|
| |
|
 |
OZAN MƏSCİDİ
1786-cı ildə xalq sənətkarları
tərəfindən ozanlıların məhəllə məscidi kimi tikilmişdir. Bina
kümbəzlidir.
Ünvan: Ozan küçəsi ilə Ruhulla
Axundov küçəsinin kəsişməsi. |
| |
|
 |
QIRIXLI MƏSCİDİ
XVIII əsr abidəsidir. Məscid dövrün
nüfuz sahibi olan Hacı Qasım adlı xeyriyyəçinin vəsaiti hesabına
tikilib başa gəlmişdir. Vaxtilə «yaşıl aptek» kimi istifadə
edilmişdir. 2003-cü ildə təmir-bərpa işləri aparılmışdır.
Binadan hazırda məscid kimi istifadə olunur.
Ünvan: Gəncəvi küçəsi ilə Bağbanlar
küçəsinin kəsişməsi. |
| |
|
 |
CAVAD XAN DƏFTƏRXANASI
Bina XVIII əsrdə tikilmişdir. Bir
vaxt Gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də
istifadə edilmişdir. Hazırda Cavad xanın dəftərxana muzeyi kimi
fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi
68. |
| |
|
 |
ŞAH ABBAS MƏSCİDİ
1606-cı ildə memar Şeyx Bahəddin
Məhəmməd Amilin layihəsi əsasında inşa edilmişdir. Bu məscid
cumə məscidi kimi tanınır. 1776-cı ildə binaya əlavə olaraq qoşa
minarə tikilmişdir. Hazırda məscid dini bir ibadədgah kimi
fəaliyyət göstərir.
Ünvan: Şah İsmayıl Xətai prospekti
ilə Cavad xan küçəsinin kəsişməsi. |
| |
|
 |
MOLLACƏLİLLİ MƏSCİDİ
XIX əsrdə tikilmişdir. Binadan
bir zamanlar Gənc Texniklər Stansiyası kimi istifadə olunmuşdur.
Ünvan: İ. Məmmədov küçəsi 5. |
| |
|
 |
SEYİD MİRZƏ BAĞIR AĞA TÜRBƏSİ
XIX əsrdə tikilmişdir. Qalıqları
Səfərabad qəbirstanlığındadır.
Ünvan: Ağa Mirzə Əhmədov küçəsi.
|
| |
|
 |
ÇÖKƏK HAMAM
Şeyx Bahəddin Məhəmməd Amilin
layihəsi əsasında tikilmişdir. Bina kümbəzlidir. Ölkə
əhəmiyyətli tarixi abidədir. Hazırda binadan Dekorativ Sənət
Mərkəzi kimi istifadə olunur. Bina Azadlıq meydanının
yaxınlığında yerləşir. |
| |
|
 |
NİZAMİ MƏQBƏRƏSİ
İlk türbənin tikintisi XIII-XIV
əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy
Qarabaği və Əsgərağa Gorani tərəfindən təmir etdirilmişdir.
1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır.
Məqbərə 1990-1991-ci illərdə yenidən qurulmuş, qədim arxitektura
ənənələri saxlanılmaqla müasirləşdirilmişdir. Hazırda məqbərənin
mərkəzi xiyabanının uzunluğu 125, eni 40 m-dir. Məqbərənin hündürlüyü isə 20,9
m-dir. Məqbərənin ətrafındakı sahədə şairin «Xəmsə»-sinin rəmzi
kimi 5 iri fəvvarə tikilmişdir. Məqbərə şəhərin girəcəyində
yerləşir. |
| |
|
| |
NİZAMİ GƏNCƏVİNİN EV MUZEYİ
Ev muzeyi 1980-ci ildə «Nizami» bədii
filminin çəkilişi zamanı tikilmişdir. Muzeyin tikilməsində
məqsəd Azərbaycanın XII əsrə aid milli və məişət ənənələrinin
müasir dövrdə təcəssüm etdirilməsindən və canlandırılmasından
ibarət olmuşdur. |
| |
|
 |
GƏNCƏÇAY ÜZƏRİNDƏ QƏDİM KÖRPÜ
Körpünün tikintisi XI-XII əsrlərə
aiddir. Körpü üç tağlıdır. Körpü Azərbaycan memarlığının
monumental əsərlərindən sayılır. |